Balıqçılardan birinin cəsədi tapılıb
Xaçmaz rayonu ərazisindən dənizə çıxan balıqçıların tapılması məqsədi ilə aparılan axtarış-xilasetmə əməliyyatı zamanı balıqçılardan birinin cəsədi tapılıb.
04 noyabr 2015-ci il tarixində Xaçmaz rayonu ərazisindən dənizə çıxan balıqçıların tapılması məqsədi ilə aparılan axtarış-xilasetmə əməliyyatı zamanı balıqçılardan birinin cəsədi tapılıb.
İnformator FHN-nin rəsmi saytına istinadən xəbər verir ki, 1967-ci il təvəllüdlü Nurəddinov Həmzəbəy Ağababa oğlunun cəsədi Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin xilasediciləri tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
Hazırda axtarış-xilasetmə əməliyyatı davam edir.
