00:00:00
Yazar
Admin User
19.11.2025 16:46 122 1 dəq oxuma
Hadisə

Banqkoka uçan təyyarə Bakıda məcburi eniş edib

Banqkoka uçan təyyarə Bakıda məcburi eniş edib

"Finnair" aviaşirkətinin Banqkok–Helsinki marşrutu üzrə uçuşunu həyata keçirən Airbus A350 tipli hava gəmisinin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportuna məcburi enişlə bağlı sorğu ünvanlayıb.


"İnformator.az" xəbər verir ki, bu barədə AZAL-ın mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, buna səbəb uçuş zamanı göyərtədəki sərnişinlərdən birinin səhhətində yaranmış qəfil problem olub.

Ekipaj operativ qərar qəbul edərək, reys Bakı üzərinə yönləndirilib və təyyarə yerli vaxtla 19:44-də Heydər Əliyev Beynəlxalq Aeroportuna uğurla eniş edib.

Tibbi xidmət sərnişinə dərhal ilkin tibbi yardım göstərib və onun vəziyyəti ilə bağlı müvafiq tibbi prosedurlar hazırda davam etdirilir.

 

Heydər Əliyev Beynəlxalq Aeroportu bütün reyslər üzrə uçuşların təhlükəsizliyini və sərnişinlərin rifahını təmin etmək məqsədilə beynəlxalq tələblərə uyğun şəkildə operativ koordinasiya işlərini həyata keçirməyə davam edir.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər