00:00:00
Yazar
Admin User
27.12.2023 13:22 414 1 dəq oxuma
İdman

‘’Barselona’’ dan iki futbolçu ayrıla bilər

‘’Barselona’’ dan iki futbolçu ayrıla bilər

İspaniya La Liqasında "Barselona" mövsümün sonunda müqavilələri bitəcək Serxi Roberto və Markos Alonso ilə yollarını ayırmağa hazırlaşır.


La Liqada zirvə uğrunda mübarizəyə  davam edən, liderlikdə ‘’Real Madrid’’ və ‘’Jirona’’dan 7 xal geridə qalan ‘’Barselona’’ da mövsüm sonu iki ayrılıq ola bilər.

İspaniya mətbuatı  Sport-da dərc olunan xəbərdə iki futbolçunun müqaviləsinin yenilənməməsinə qərar verilərsə, yanvarda açıqlama veriləcəyi bildirilib.

 

Markos Alonsonun getməyə razı olduğu bildirilərkən Serxi Robertonun karyerasını Barselonada davam etdirmək istədiyi bildirilirdi.

Hər iki futbolçunun müqaviləsi mövsümün sonunda başa çatdığı üçün gələn həftədən etibarən digər komandalarla transfer danışıqlarına icazə veriləcək.

Markos Alonso 2022-ci ildə "Çelsi"dən "Barselona"ya transfer olunub. Klubun infrastrukturunda məşq edən Sergi Roberto 2013-cü ildən A komandasında çıxış edir.


Ayaz Zeynalzadə

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər