Başa çatan il ərzində Mingəçevirdə 1500-dən çox uşaq dünyaya gəlib
Mingəçevirdə 2025-ci il ərzində 1500-dən çox uşaq dünyaya gəlib.
"İnformator.az" Teleqraf" a istinadən xəbər verir ki, Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasında 2025-ci ilin 11 ayı ərzində ümumilikdə 1505 körpə doğulub.
Doğulan uşaqlardan 825-i kişi, 680-i isə qadın cinsinə mənsubdur.
Qeyd olunan dövrdə dünyaya gələn körpələr arasında 8 halda əkiz doğum faktı qeydə alınıb.
