00:00:00
Yazar
Admin User
17.07.2025 07:35 116 1 dəq oxuma
Dünya

Batumidə radioaktiv uranın satışına görə iki nəfər saxlanılıb

Batumidə radioaktiv uranın satışına görə iki nəfər saxlanılıb

Batumidə radioaktiv uranın qanunsuz alışı və satışına görə iki nəfər saxlanılıb.

 

"İnformator.az" “Report”a istinadən xəbər verir ki, bu barədə Gürcüstan Dövlət Təhlükəsizlik Xidməti (DTX) məlumat yayıb.

 

Saxlanılan şəxslərdən biri Gürcüstan vətəndaşı, digəri isə əcnəbidir, onun vətəndaşlığı dəqiqləşdirilməyib.

 

DTX-nin məlumatına görə, sövdələşmənin məbləği 3 milyon dollar təşkil edib.

 

Qurum qeyd edir ki, radioaktiv uran müxtəlif partlayıcı qurğuların hazırlanması və terror aktının həyata keçirilməsində istifadə olunur.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər