00:00:00
Yazar
Admin User
20.02.2015 07:51 407 1 dəq oxuma
Sosial

BDU-da müasir tələblərə cavab verən auditoriya qurulacaq

Jurnalistika fakültəsinin maddi-texniki bazası gücləndiriləcək Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov Jurnalistika fakültəsinin maddi-texniki bazasının gücləndirilməsi üçün göstəriş verib.

Jurnalistika fakültəsindəki görüşü zamanı rektor Abel Məhərrəmov yeni studiyanın yaradılması, tələbə-müəllim dialoqunun səmərəliliyini artırmaq məqsədilə xüsusi texniki avadanlıqlarla təchiz edilmiş auditoriyaların yaradılmasına qərar verib.

Bundan əlavə, Azercell şirkətinin yaratdığı Barama İnnovasiya Mərkəzinin media qrupunun fakültədə həyata keçirmək istədiyi layihələr də müzakirə olunub. Dekan, dekan müavinləri və kafedra müdirlərinin bu istiqamətdə təkliflərini dinləyən rektor müvafiq göstərişlər verib. Qərara alınıb ki, fakültə qısa müddət ərzində interaktiv lövhələr, çoxfunksiyalı (televizor, kompyuter və s.) aktiv ekranlar, dayanıqlı plaşetlər, proyektorlar və digər texniki avadanlıqlarla təmin olunsun və bir neçə auditoriya müasir standartlara cavab verən texnologiyalarla təmin olunaraq tələbələrin istifadəsinə verilsin.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər