00:00:00
Yazar
Admin User
06.12.2025 17:15 102 1 dəq oxuma
Hadisə

BDU-nun dosenti vəfat edib

BDU-nun dosenti vəfat edib

Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsinin Humanitar fakültələr üzrə rus dili kafedrasının dosenti Eldar Kərimov vəfat edib.

 

Bu barədə "İnformator.az"a BDU-dan bildirilib.

 

Qeyd edək ki, Eldar Kərimov 1955-ci il martın 14-də Bakı şəhərində anadan olub. 1982-1985-ci illərdə BDU-nun Rus sovet ədəbiyyatı və ədəbiyyat nəzəriyyəsi kafedrasının əyani aspirantı olub. 1986-cı ildə filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsini, 1997-ci ildə dosent elmi adını alıb.

 

O, 1985-1988-ci illərdə BDU-nun Rus sovet ədəbiyyatı və ədəbiyyat nəzəriyyəsi kafedrasının baş laborantı, 1988-1997-ci illərdə BDU-nun Humanitar fakültələr üzrə rus dili kafedrasının baş müəllimi işləyib. 1997-ci ildən BDU-nun Humanitar fakültələr üzrə rus dili kafedrasının dosenti idi.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər