00:00:00
Yazar
Admin User
30.03.2015 11:48 403 1 dəq oxuma
Sosial

BDU-nun Radio və Televiziya jurnalistikası kafedrasının müdiri Londonda olub

Bakı Dövlət Universitetinin (BDU) Radio və Televiziya jurnalistikası kafedrasının müdiri Aynur Kərimova “Biznes Jurnalistika” təlimləri çərçivəsində ölkənin tanınmış jurnalistləri ilə birlikdə İngiltərənin paytaxtı London şəhərində olub.
BDU-nun Radio və Televiziya jurnalistikası kafedrasının müdiri Londonda olub

Bakı Dövlət Universitetinin (BDU) Radio və Televiziya jurnalistikası kafedrasının müdiri Aynur Kərimova “PaşaBank”, “British Council” və Böyük Britaniyanın Tomson Fondunun birgə təşkil etdiyi “Biznes Jurnalistika” təlimləri çərçivəsində ölkənin tanınmış jurnalistləri ilə birlikdə İngiltərənin paytaxtı London şəhərində olub.

BDU mətbuat xidmətindən İnformatora verilən məlumata görə, bir həftəlik təlim sosial və yeni media sahəsində bilik və bacarıqların artırılması, BBC, “The Daily Telegraph” kimi nəhəng media korporasiyalarında olmaq baxımından son dərəcə yaddaqalan olub.

Jurnalistlər eyni zamanda London Fond Birjası, Lordlar palatasında olub və sonda Tomson Fondunun sertifikatlarına layiq görülüblər.


#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər