00:00:00
Yazar
Admin User
19.02.2015 12:01 404 1 dəq oxuma
Sosial

BDU-nun Yunus Əmrə İnstitutunda konfrans

BDU-da Yunus Əmre İnstitutu Bakı Türk Mədəniyyət Mərkəzi 13 sentyabr 2012-ci il tarixindən fəaliyyət göstərir
BDU-nun Yunus Əmrə İnstitutunda konfrans

BDU-da Yunus Əmrə İnstitutu Bakı Türk Mədəniyyət Mərkəzinin və Etnoqrafiya beynəlxalq onlayn informasiya-analitik mərkəzinin təşkilatçılığı ilə “Azərbaycan-Türkiyə arasında münasibətlərinin inkişafında dilin rolu” konfransı keçirilib.

Bakı Türk Mədəniyyət Mərkəzinin direktoru Əli Corayın açılış nitqindən sonra Etnoqlobus portalının rəhbəri Gülnarə İnanc, AMEA-nın Dilçilik İnstitutunun direktoru, professor Tofiq Hacıyev çıxış ediblər.

Mövzu ətrafında alimlər - Rüfət Rüstəmov, İsmayıl Kazımov, Şamil Əlməmmədov və Nazirlər Kabineti Yanında Tərcümə Mərkəzinin əməkdaşı Kəmalə Ələkbərova çıxış ediblər.

Qeyd edək ki, BDU-da Yunus Əmrə İnstitutu Bakı Türk Mədəniyyət Mərkəzi 13 sentyabr 2012-ci il tarixindən fəaliyyət göstərir.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər