00:00:00
Yazar
Admin User
18.11.2023 18:38 604 1 dəq oxuma
İdman

“Belçika ilə oyunda yaxşı nəticə qazanmaq istəyirik”

“Belçika ilə oyunda yaxşı nəticə qazanmaq istəyirik”

"Çox yaxşı komandaya qarşı mübarizə aparacaq. Bu görüşdə nəticə qazanmaq istəyirik".

 

İnformator.az xəbər verir ki, bunu Azərbaycan millisinin futbolçusu Emin Mahmudov Belçikaya qarşı keçirəcəkləri AVRO-2024-ün seçmə mərhələ oyunundan əvvəl mətbuat konfransında deyib.

 

31 yaşlı yarımmüdafiəçi bütün oyunçuların görüşə hazır olduğunu bildirib: "Ümid edirəm ki, yaxşı nəticə də əldə edəcəyik".

 

Qeyd edək ki, noyabrın 19-da Brüsseldəki “Kinq Baudouin” stadionunda keçiriləcək Belçika – Azərbaycan oyunu Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Meydan sahibləri F qrupunda 17 xalla ikincidir. Komandamız isə 7 xalla 4-cü sırada qərarlaşıb.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər