"Beşiktaş" yeni baş məşqçisini rəsmən açıqlayıb
"Beşiktaş"ın yeni baş məşqçisi Polşa və Portuqaliya millilərini çalışdıran Fernando Santos oldu. ‘’Beşiktaş’’ portuqaliyalı çalışdırıcı və köməkçilərini rəsmən açıqlayıb.
‘’Portuqaliyalı cənab Fernando Santos Futbol A Komandamızın baş məşqçisi təyin edilib. Onu yeni evində salamlayırıq. Fernando Santosun köməkçiləri Joao Carlos Viana Cunha Costa, Paulo Jose Ramos Mendes, Justino Fernando, Ricardo Miguel Candido de Sousadır. Santos, Jorge Manuel Caetano do Rosario olacaq’’,-deyə ''Beşiktaş’’ın etdiyi açıqlamada qeyd olunub.
Qeyd edək ki, Fernando Santos 2016-cı ildə Portuqaliya ilə Avropa çempionatının qalibi olub.
Ayaz Zeynalzadə
