Beyləqanda minik maşını kanala düşüb, 5 nəfər xəsarət alıb
Beyləqanda 5 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"İnformator.az" APA-nın Qarabağ bürosunun məlumatına istinadən bildirir ki, hadisə Sarısu qəsəbəsində qeydə alınıb
“Niva” markalı avtomobilin kanala düşməsi nəticəsində İran vətəndaşları – 1968-ci il təvəllüdlü Gholamhossein Sareban, 1959-cu il təvəllüdlü Alireza Mohajer, 1977-ci il təvəllüdlü Ali Kekani və 1968-ci il təvəllüdlü Mahdi Abbaszadeh, həmçinin Saatlı sakini, 1970-ci il təvəllüdlü Mirnamiq Ağayev xəsarət alıblar. Yaralılar xəstəxanaya çatdırılıb və ilkin tibbi yardımdan sonra ambulator müalicəyə buraxılıblar. Faktla bağlı araşdırma aparılır.