00:00:00
Yazar
Admin User
16.02.2016 06:53 785 1 dəq oxuma
Hadisə

Beyləqanda ata 6 yaşlı oğlunun boğazını kəsərək öldürüb

Beyləqanda dəhşətli qətl törədilib
Beyləqanda ata 6 yaşlı oğlunun boğazını kəsərək öldürüb

Beyləqanda dəhşətli qətl törədilib.

İnformator.az xəbər verir ki, Rayon Polis Şöbəsindən \"APA\"-ya verilən məlumata görə, hadisə rayonun Yuxarı Kəbirli kəndində qeydə alınıb. Kənd sakini Zahid İsgəndərov 6 yaşlı oğlu Ümidin boğazını kəsərək qətlə yetirib. Z. İsgəndərov hadisəni törətdikdən sonra qaçıb. Hazırda onun tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir. 

İlkin məlumata görə, hadisə ailədaxili münaqişə zəminində törədilib.

Qətlə yetirilən Ümid 1-ci sinifdə oxuyurmuş.

Faktla bağlı Beyləqan Rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər