00:00:00
Yazar
Admin User
19.08.2025 08:00 142 1 dəq oxuma
Hadisə

Beyləqanda əməliyyat

Beyləqanda əməliyyat

 

Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyat tədbiri keçirilib.

 

"İnformator.az" DİN-in Mətbuat xidmətinə istinadən məlumat verir ki, tədbir zamanı əvvəllər məhkum olunmuş 36 yaşlı Nahid Allahverdiyev saxlanılıb.

 

Onun üzərində kibrit qutularında qablaşdırılmış marixuana və həșiş aşkar edilib. Əməliyyatın davamında həmin şəxsin külli miqdarda narkotiki gizlətdiyi yer də müəyyən olunub. Oradan 11 kilqoramdan artıq marixuana və 5 kiloqramdan artıq həşiş aşkarlanaraq götürülüb.

 

Faktla bağlı cinayət işi başlanılıb, adıçəkilən şəxs barəsində həbs qətimkan tədbiri seçilib.


Araşdırmalar davam etdirilir.

 

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər