00:00:00
Yazar
Admin User
16.05.2015 07:43 383 1 dəq oxuma
Sosial

Beynəlxalq Telekommunikasiya İttifaqının 150 illiyinə həsr olunmuş foto-sərgi nümayiş olunub

Sərgi zamanı həmçinin BTİ-nin 150 illik yubileyi ilə bağlı video çarx nümayiş olunub.
Beynəlxalq Telekommunikasiya İttifaqının 150 illiyinə həsr olunmuş foto-sərgi nümayiş olunub

AMEA İnformasiya Texnologiyaları İnstitutunda keçirilən İnformasiya təhlükəsizliyinin multidissiplinar problemləri üzrə II Respublika elmi-praktiki konfransı öncəsi Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) 150 illiyinə həsr olunmuş foto-sərgi nümayiş olunub.

İnformator Rabitə və Yüksək Texnologiyalar nazirliyinə istinadən xəbər verir ki, sərgidə AMEA-nın prezidenti, akademik Akif Əlizadə, Rabitə və yüksək texnologiyalar naziri, akademik Əli Abbasov, Təhsil nazirinin müavini Firudin Qurbanov, AMEA İdarəetmə Sistemləri İnstitutunun direktoru, akademik Telman Əliyev, AMEA Fizika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Nazim Məmmədov və digərləri iştirak ediblər.

AMEA-nın akademik katibi, AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev foto-sərginin 3 hissədən ibarət olduğunu bildirib.  O qeyd edib ki, qısa məlumat xarakterli infosərgidə BTİ-nin 150 illiyi, Azərbaycan Telefon Rabitəsinin yaradılmasının 134 illiyi və "Ali məktəb tələbələri arasında informatika üzrə ümumrespublika olimpiadası"nın 10-cu ildönümü ilə bağlı stendlər yer alıb.

Sonda akademik  ölkədə fəaliyyət göstərən ali təhsil müəssisələrinin informatika kafedraları ilə bu kimi tədbirlərin həyata keçirilməsi məqsədilə əməkdaşlıq əlaqələrinin inkişaf etdirildiyini vurğulayıb.
 
Sərgi zamanı həmçinin BTİ-nin 150 illik yubileyi ilə bağlı video çarx nümayiş olunub.


#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər