00:00:00
Yazar
Admin User
03.09.2025 18:44 164 1 dəq oxuma
Hadisə

Biləsuvarda ağır yol qəzası

Biləsuvarda ağır yol qəzası

Biləsuvarda ölümlə nəticələnən avtoqəza olub.

 

"İnformator.az" "Teleqraf"a istinadən xəbər verir ki, hadisə Bakı-Astara magistralının Biləsuvar rayonundan keçən hissəsində baş verib.

 

Məlumata görə, iki minik avtomobili və bir yük maşını toqquşub. İlkin məlumata əsasən, qəza nəticəsində bir nəfər ölüb. Müxtəlif dərəcəli bədən xəsarətləri alan 3 nəfər isə təcili tibbi yardım maşınları ilə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.


Yaralananların Cəlilabad rayon sakinləri olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər