Binəqədi rayonunda kafe, Nəsimi rayonunda mebel mağazası yanıb
Hadisə zamanı qonşu obyektlərin yanma təhlükəsi yaranıb.
Bakı şəhəri, Binəqədi rayonunda vətəndaşa məxsus ümumi sahəsi 250 kv.m olan kafenin mətbəxinin tavanı 5 kv.m sahədə yanıb.
Yanğın zamanı mətbəx əşyaları qismən yanıb, kafedə olan kondisioner və televizor yüksək temperaturdan əriyib. Hadisə zamanı kafeyə bitişik digər vətəndaşa məxsus ümumi sahəsi 6 kv.m olan valyuta dəyişmə məntəqəsinin tavanı 4 kv.m sahədə və içərisində olan əşyalar qismən yanıb.
Nəsimi rayonunda vətəndaşa məxsus ümumi sahəsi 40 kv.m olan mebel satışı mağazasının yanar konstruksiyaları 2 kv.m sahədə və içərisində olan yataq dəsti yanıb.
Tikililərin qalan hissəsi yanğından mühafizə olunub.
