00:00:00
Yazar
Admin User
06.09.2025 17:29 141 1 dəq oxuma
Hadisə

Bir ailənin bütün üzvləri yaralanıb

Bir ailənin bütün üzvləri yaralanıb

Bakı-Qazax şossesinin Qaradağ rayonu ərazisində ağır yol qəzası baş verib.


“İnformator.az” “Teleqraf”a istinadən xəbər verir ki, 77-UM-423 dövlət nişanlı “Kia” markalı nəqliyyat vasitəsinin sürücüsü ailə üzvləri ilə birlikdə paytaxtdan rayona gedirmiş.


Lökbatan qəsəbəsi ərazisində sürücü sükana nəzarəti itirdiyindən maşın yolayrıcı dəmirə çırpılıb.


Qəza zamanı sürücü, onun qızı, oğlu və həyat yoldaşı ağır xəsarətlər alıb.


Qəza ilə bağlı TƏBİB-in verdiyi məlumatda qeyd olunub ki, təcili tibbi yardım briqadası tərəfindən 4 nəfərə (2-si uşaq olmaqla) zəruri tibbi xidmət göstərilib və müxtəlif dərəcəli bədən xəsarətləri ilə Kliniki Tibbi Mərkəzə təxliyə olunub.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər