00:00:00
Yazar
Admin User
12.03.2015 06:37 608 1 dəq oxuma
Hadisə

Bir hərbçimiz erməni təxribatının qurbanı olub

Martın 11-i axşam saatlarında düşmənin kəşfiyyat-təxribat qrupu Silahlı Qüvvələrimizin bölmələrinin mövqelərinə basqın etməyə cəhd göstərib.
Bir hərbçimiz erməni təxribatının qurbanı olub

Martın 11-i axşam saatlarında düşmənin kəşfiyyat-təxribat qrupu Silahlı Qüvvələrimizin bölmələrinin mövqelərinə basqın etməyə cəhd göstərib.

Müdafiə Nazirliyindən İnformatora verilən məlumata görə, şəxsi heyətin sayıqlığı nəticəsində düşmənin mövqelərimizə yaxınlaşması əvvəlcədən aşkar olunub. Şiddətli atışmada erməni tərəfi itkilər verərək geri çəkilməyə məcbur edilib.

Təəssüflər olsun ki, düşmənlə döyüşdə Silahlı Qüvvələrimizin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Atayev Anar Mamed oğlu şəhid olub.

Müdafiə Nazirliyinin rəhbərliyi şəhidimizin yaxınlarına və əzizlərinə dərin hüznlə baş sağlığı verir və səbr diləyir!


#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər