Birinci sinfə qəbulda yenilik
Valideynlərin orta təhsil müəssislərinə müraciətləri zamanı üzləşdikləri problemlər aradan qaldırılacaq.
Təhsil nazirliyi birinci siniflərə müraciətlərin qəbulunda yenilik edəcək. Yeniliklər bölgələrə də şamil olunacaq. Təhsil nazirliyi bu il birinci siniflərə müraciətləri elektron qaydada həyata keçirəcək. Yeni qayda indiki mərhələdə Bakı məktəblərinə tətbiq olunacaq. Bu sistem valideyn narazılıqlarını aradan qaldıracaq. Təhsil Nazirliyinin Statistika və proqnozlaşdırma şöbəsinin müdiri İsmayıl Sadıqov proqram təminatı üzərində işin artıq başa çatdığını bildirib. 1 ay ərzində ərizə qəbulu başlanacaq.
Valideynlər sadəcə sistemə daxil olaraq qeydiyyatdan keçməli, seçdikləri məktəbə müraciət etməlidir. Elektron qaydada müraciətlər 2016-cı ildə bölgələrə də şamil ediləcək. Bu sistem yalnız şagird sayı az olan məktəblərdə tətbiq olunmayacaq. Yeni sistem təhsil nazirliyinin də işini asanlaşdıracaq.
Bununla elektron müraciətlə məktəbə daxil olan şagirdlərin sayını əvvəlcədən bilmək mümkün olacaq.
