Birmingemdə avtobus dayanacağında bıçaqlanan qadın dünyasını dəyişib
Polis təsdiqləyib ki, Birmingemdə avtobus dayanacağında səbəbsiz hücum nəticəsində boynundan bıçaqlanan qadın dünyasını dəyişib.
34 yaşlı Keti Foks cümə günü GMT ilə saat 21:00-a az qalmış Bullring ticarət mərkəzinin yanında, Smallbrook Queensway ərazisində hücuma məruz qalıb.
21 yaşlı Ceyson Rafael bazar ertəsi Birmingem Magistratlar Məhkəməsi qarşısına çıxarılıb və hücumla bağlı ittiham olunub.
O, əvvəlcə qəsdən adam öldürməyə cəhdlə ittiham olunub, lakin Foksun ölümündən sonra ittiham adam öldürmə maddəsinə yenilənib.
BBC News
Gövhər Mehyəddinova
