"Biz danışıqlar aparanda avropalılar foyedə qəhvə içirdi"-Sergey Lavrov
Onlar foyedə bir yerdə oturub qəhvə içirdilər.
"İnformator.az" "Bakupost.az"a istinadən xəbər verir ki, bunu Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov Cenevrədə keçirilən danışıqlarda Avropa ölkələrinin iştirakı barədə danışarkən bildirib.
“Üçtərəfli danışıqlar davam edərkən avropalılar foyedə oturmuşdular və qəhvə içirdilər”, - o bildirib.
Qeyd edək ki, ABŞ-Ukrayna-Rusiya üçtərəfli danışıqları Cenevrədə 17-18 fevral tarixlərində baş tutub.
