Bizi ciddi fəlakət gözləyir
Qlobal iqlim dəyişikliyi dünya miqyasında su ehtiyatlarına təzyiqi artırır.
"İnformator.az" "Teleqraf"a istinadən xəbər verir ki, bunu Qırğızıstan Prezidenti Sadır Japarov deyib.
Dövlət başçısı bildirib ki, bu gün 3,6 milyarddan çox insan su çatışmazlığı ilə üzləşir və 2050-ci ilə qədər bu rəqəm 5 milyardı keçəcək. Temperatur sürətlə yüksəlir, yağıntılar azalır və quraqlıqlar yaranır. Ekstremal hava hadisələri getdikcə daha tez-tez baş verir.
Sadır Japarov qeyd edib ki, qlobal istiləşmə planetin su dövranına birbaşa təsir göstərir və onun nəticələri bütün ölkələrdə hiss olunur:
“Elmi tədqiqatlar göstərir ki, buzlaqların əriməsi sürətlənir, son 70 ildə Qırğızıstanda buzlaqların sahəsi 16 faiz azalıb. Buzlaqların yox olması çay və su anbarlarının axınının azalması və enerji istehsalı üçün şəraitin pisləşməsi deməkdir”.
