Bondi hücumu aylarla planlanıb
Polis məhkəmə sənədlərinə əsasən, Bondi Beach-də Hanuka tədbirinə silahlı hücum aylarla diqqətlə planlanıb. Şübhəlilər hücumdan iki gün əvvəl əraziyə baxış keçirib, həftələr öncə atış təlimi edib.
14 dekabrda baş verən hadisədə iki silahlı şəxs atəş açıb, partlayıcılar atıb. Boru bombaları və “tennis topu bombası” işə düşməyib. Nəticədə 15 nəfər ölüb, onlarla insan yaralanıb.
24 yaşlı Naveed Akram 59 maddə üzrə, o cümlədən 15 qətl və terror ittihamı ilə üzləşib. İkinci silahlı şəxs olan atası Sajid Akram hadisə yerində polis atəşi zamanı ölüb. Naveed Akram xəstəxanadan buraxılıb və həbsxanaya köçürülüb.
Sənədlərdə oktyabrda çəkilmiş videolarda İŞİD bayrağı fonunda çıxışlar, atış təlimi görüntüləri yer alıb. CCTV yazıları hücumdan əvvəl kəşfiyyat aparıldığını göstərib. Hücum günü icarə evindən silahlar, improvizə edilmiş partlayıcılar və bayraqlar götürülüb, Bondi-yə aparılıb.
Hadisə ölkədə təhlükəsizlik, kəşfiyyatın işi və silah qanunları ilə bağlı müzakirələri gücləndirib. Prezident Albanese antisemitizmə qarşı tədbirləri artıracağını bildirib, Yeni Cənubi Uelsdə silah və etiraz qanunlarına dəyişikliklər müzakirəyə çıxarılıb.
BBC
Reyhan Quliyeva
