00:00:00
Yazar
Admin User
27.10.2025 16:54 149 1 dəq oxuma
Hadisə

Bərdə terrorundan beş il ötür

Bərdə terrorundan beş il ötür

Bərdə 27 oktyabr 2020-ci ildə Ermənistan Silahlı Qüvvələrinin “Smerç” raket sistemi ilə həyata keçirdiyi hücum Bərdə şəhəri və ətraf kəndlərdə mülki əhaliyə ağır zərbə vurub. Hücum xüsusilə Qarayusifli kəndini hədəfə almış raketlər cəbhədən uzaqda yerləşən yaşayış evlərinə düşərək məktəb binalarına, təsərrüfat obyektlərinə və digər sosial infrastruktura ciddi ziyan yetirib.

 

Hücum nəticəsində 5 nəfər həyatını itirib, 14 nəfər isə yaralanıb. Bu hücum beynəlxalq və yerli hüquqi sənədlər baxımından mülki əhaliyə qarşı yönəlmiş terror aktı kimi qiymətləndirilib.

 

Hücumdan sonra Azərbaycan Respublikası hökuməti və yerli idarələr əhalinin təhlükəsizliyinin təmin olunması və bərpa işlərinin sürətləndirilməsi üçün kompleks tədbirlər həyata keçirib. Yollar, binalar və digər infrastruktur bərpa olunub. Şəhər və kəndlərdə şəhidlərin xatirəsinə abidələr və memorial guşələr ucaldılıb.Qarayusifli kəndində isə “Bərdə terrorunun qurbanları” xatirə lövhəsi yaradılıb.

 

BMT və digər qurumlar mülki əhaliyə qarşı yönəlmiş raket hücumunu qanunsuz hesab edib. Hücum həm yerli, həm də beynəlxalq mediada geniş əks-səda doğurub və Bərdə tarixində silinməz izlər buraxıb.

 

Beş il sonra Bərdə həmin hadisəni unutmur və şəhər sakinləri xatirə tədbirləri ilə baş verənləri yad edirlər. Hücumun izləri həm torpaqda, həm havada, həm də insanların yaddaşında qalır.

 

Ədilə Hüseynzadə 

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər