Bərdədə həyətyanı sahəyə yığılmış ot bağlaması yanıb
42 ton ot bağlamasının 22 tonu yanıb.
Bərdə rayonu, Mirzalıbəyli kəndində vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 42 ton ot bağlamasının 22 tonu yanıb.
İnformator xəbər verir ki, ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın saat 06:35-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
