Bərdədə tövlə yanıb
Ümumi sahəsi 48 kv.m olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 12 kv.m sahədə yanıb.
Bərdə rayonu, Qaradəmirçi kəndində (rayon mərkəzindən 20 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 48 kv.m olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 12 kv.m sahədə yanıb.
İnformator Fövqəladə Hallar nazirliyinin saytına istinadən xəbər verir ki, tövlənin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın saat 06:50-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
