00:00:00
Yazar
Nigar Həsənzadə
14.07.2026 22:09 20 1 dəq oxuma
Hadisə

Brüsseldə dəhşətli yanğın: 5 nəfər ölüb 

Brüsseldə dəhşətli yanğın: 5 nəfər ölüb

Belçikanın paytaxtı Brüsselin mərkəzində yenidənqurma işlərinin görüldüyü binada baş verən yanğın nəticəsində 5 nəfər həlak olub.

 

"İnformatorr.az" xəbər verir ki, hadisə nəticəsində bir nəfərin itkin düşdüyü bildirilir. Həlak olanların meyitləri yanğın söndürüldükdən sonra liftlərdən birində aşkarlanıb. Digər liftə giriş uzun müddət mümkün olmadığından əlavə qurbanların ola biləcəyi istisna edilmir.

 

Hadisə zamanı binada təxminən 250 inşaat işçisi olub. İki nəfər yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

 

Yanğınla bağlı araşdırma aparılır.

 

#xəbər #nəfər #azərbaycan #gündəm #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər