BŞİH: Paytaxtın bəzi ərazilərində subasma halları müşahidə olunur
Bakıda intensiv yağıntılar səbəbindən bəzi ərazilərdə subasma halları müşahidə olunur.
“İnformator.az” xəbər verir ki, bu barədə Bakı Şəhər İcra Hakimiyyəti məlumat yayıb.
Bildirilib ki, səhər saatlarından etibarən Bakı Şəhər İcra Hakimiyyəti, rayon icra hakimiyyətləri və aidiyyəti təsərrüfat strukturları gücləndirilən iş rejimində fəaliyyət göstərir.
Qeyd olunub ki, gün ərzində normadan xeyli artıq yağan yağış kollektor sistemlərinin yüklənməsinə səbəb olub və nəticədə bəzi ərazilərdə suyun kənarlaşdırılmasında çətinliklər yaranıb.