Bu bir "Zəfər" oyunudur
Dekabrın 21-də Xankəndi stadionunda futbol üzrə Azərbaycan Kubokunun 1/8 final mərhələsində Ağdamın “Qarabağ” və Bakının MOİK komandaları arasında oyun keçirilib. Oyunla bağlı müsavat saytının baş redaktoru Əli Rais informator.az-a açıqlamasında öz təəssüratlarını bölüşüb.
Əli Rais deyir ki, biz hal hazırda tarixi gün yaşayırıq, Xankəndidəyik, 30 ildən sonra "Qarabağ" klubu adını daşıdığı Qarabağda matç keçirir.
"Bu anları yaşadığım üçün özümü çox şanslı hiss edirəm. Bu gün burada olmağımızın səbəbkarları Ali Baş Komandan, şəhid və qazilərimizdir. Allah şəhidlərimizə rəhmət etsin, qazilərimizə can sağlığı versin".
Müsahibin sözlərinə görə, bu gün Xankəndidə hər kəs bayram əhval ruhiyyəsindədir.
"İnsanlar böyük coşqu ilə matçı izləyirlər. Bu gün burada sadəcə futbol oyunu yox, "Zəfər" oyunu keçirilir, bu münasibətlə hər kəs bir-birini təbrik edir".
Zəhra Həsənova
