00:00:00
Yazar
Admin User
23.02.2016 09:14 808 1 dəq oxuma
Hadisə

Bu il Azərbaycanda 71 nəfər qidadan zəhərlənib

Bu ilin yanvar ayı ərzində Azərbaycanda əhali arasında 56 qida zəhərlənməsi hadisəsi qeydə alınıb.
Bu il Azərbaycanda 71 nəfər qidadan zəhərlənib

Bu ilin yanvar ayı ərzində Azərbaycanda əhali arasında 56 qida zəhərlənməsi hadisəsi qeydə alınıb.

İnformator.az xəbər verir ki, Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən Trend-ə verilən məlumata görə, qida zəhərlənmələri nəticəsində 71 nəfər zərərçəkən qeydə alınıb.

Ötən müddət ərzində ölkə üzrə qeydə alınan 5 botulizm hadisəsi nəticəsində 7 nəfər botulizmlə xəstələnib.

Bu il Azərbaycanda – Şabran rayonunda 1 nəfər ev şəraitindən hazırlanan qida qəbulu nəticəsində baş verən qida zəhərlənməsindən dünyasını dəyişib.

Xatırladaq ki, ötən il ərzində Azərbaycan ərazisində 659 qida zəhərlənməsi hadisəsi qeydə alınıb. Qida zəhərlənmələri nəticəsində 912 nəfər zərərçəkən qeydə alınıb. Ötən il botulizm nəticəsində 3 nəfər dünyasını dəyişib.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər