00:00:00
Yazar
Admin User
21.12.2023 16:49 456 1 dəq oxuma
İdman

Bu oyun tarixi oyun oldu

Bu oyun tarixi oyun oldu

Azərbaycan kubokunun 1/8 final mərhələsində  Xankəndi şəhər stadionunda ‘’Qarabağ’’     ‘’MOİK’’ ilə qarşılaşıb. Görüş ‘’Qarabağın’’ ‘’1-0’’ qələbəsi ilə başa çatıb. Oyundakı yeganə qolun müəllimi 90+3 cü dəqiqədə Nəriman Axundzadə olub.

 

Məsələ ilə bağlı futbol məşqçisi Şahin Diniyev informator.az- a açıqlama verib.

Məşqçinin sözlərinə görə, bu oyun tarixi oyun oldu

 

"Bu oyun nəticədən asılı olmayaraq rəmzi məna daşıyırdı. Qarabağı hərbiçilərimiz azad edib və 1/8 final mərhələsində ‘’Qarabağ’’ın  hərbiçilərimizin komandası ‘’MOİK’’ lə qarşılaşmasının Xankəndidə baş tutması olduqca qürurvericidir. Prezident  İlham Əliyevin də qeyd etdiyi kimi bu gün nəticədən asılı olmayaraq qalib bəllidir. Qalib Azərbaycan xalqıdır.

Bu oyun bütün dünyaya bir mesaj idi ki, Azərbaycan xalqı ordusu ilə bərabərdir. Orada  iştirak edən  azarkeşlər, jurnalistlər, oyunçular hər biri artıq tarixdir’’.

 

Şahin Diniyev gələcəkdə  Xankəndidə bir komandamızın yaradılmasının əhəmiyyətini vurğulayıb.

 

‘’Düşünürəm ki, gələcəkdə  Xankəndidə bir komandamızın olması vacib məsələdir və bu da olacaq’’.

 

Qeyd edək ki, ‘’Qarabağ’’ Azərbaycan kubokunun 1/4 final mərhələsində ‘’Sabah’’la qarşılaşacaq.

Ayaz Zeynalzadə

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər