00:00:00
Yazar
Admin User
03.01.2024 15:37 400 1 dəq oxuma
İdman

Buffondan futbol üçün maraqlı təklif

Buffondan futbol üçün maraqlı təklif

Əfsanəvi italiyalı qapıçı Canluici Buffon futbolla bağlı radikal təklif irəli sürüb. “Yuventus”un və “Parma”nın keçmiş qapçısı Buffonun bu təklifi  təəcübə səbəb olub.

 

Qapının ölçülərinin dəyişdirilməli olub-olmaması ilə bağlı sualın ardınca qapıçıların boyunun uzandığını deyən Buffon qapı ölçülərinin dəyişdirilə biləcəyini qeyd edib.

 

‘’Bu barədə düşünməyə başlamaq lazımdır. Bu yaxınlarda ailəmlə bu məsələni müzakirə edirdik. Qapı hündürlüyü 1875-ci ildə müəyyən edilib və yəqin ki, o dövrün antropometrik qiymətlərinə uyğun olub. Amma indi bəzi idmançıları və qapıçıları nəzərə alsaq, bu barədə düşünməliyik. “Voleybolda torun hündürlüyü də mübahisəli məsələdir’’.

 

İtalyan əfsanə qapı hündürlüyündə ola biləcək dəyişikliyə təəccüblənib-təəcüblənməyəcəyi ilə bağlı suala cavab olaraq bunun idarəedici orqanlar tərəfindən qiymətləndirləcəyini və ona bağlı olmadığını qeyd edib.

 

‘’Bunu qərar vermək mənim ixtiyarımda deyil. Bunu qiymətləndirəcək və araşdıracaq idarəedici orqanlar var. Qapıçıların boyu uzandı, amma oyunçular da gözlənilməz hala gəldi.Amma qapıçının hündürlüyünün məsafədən zərbələrə təsiri "Otuz il əvvəl hər 50 vuruşda 10 qol vurulurdu. Bu gün 50 zərbədə 3 qol, bu, çox aşağıdır. Bu, çox aşağıdır. Boyu iki metr olan qapıçıya uzaqdan qol vurmaq çətindir’’,- deyə o şərh edib.


Ayaz Zeynalzadə

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər