00:00:00
Yazar
Admin User
28.10.2023 15:16 785 2 dəq oxuma
İdman

Bundan sonra millimizi daha da çətin matçlar gözləyir

Bundan sonra millimizi daha da çətin matçlar gözləyir

"Minifutbol üzrə milli komandamızın dünya çempionatına qələbə ilə başlaması tarixi bir hadisədir”.

 

Bu sözləri İnformator.az-a açıqlamasında futbol şərhçisi Ramiz Mirzəzadə deyib. Şərhçinin sözlərinə görə, minifutbol millimizin çıxış etdiyi ilk dünya çempionatıdır və belə bir yarışa qələbə ilə başlamaq uğurlu nəticədir.

 

“İraq millisi ilə olan matçın ilk səsi kifayət qədər çətin keçdi. Yekunda komandamız da bir penaltini qaçırmaqla böyük hesablı qələbədən son anda yayındı."

 

Ramiz Mirzəzadə Minifutbol millimizin kifayət qədər yaxşı nəticə göstərdiyini qeyd edib.

 

"Ümumiyyətlə Minifutbol Azərbaycan üçün gənc idman növü və ya futbol növü hesab olunmalıdır. Bir çox dünya və Avropa ölkələri bu idman növündə daha zəngin tarixə, təcrübəyə malikdir. Bununla belə, Azərbaycan millisinin Avropa çempionu olması , ardınca dünya çempionatında iştirakı və bu çempionata qələbə ilə başlaması kifayət qədər uğurlu addımların nəticəsidir”.

 

R.Mirzəzadə qeyd edir ki, ölkədə futbolun daha da şaxələnməsi və genişlənməsi futbolun populyar idman növünə çevrilməsinə səbəb olur.

 

“Ölkədə kim istəyir Minifutbolu seçir, kim istəyir Futzalı seçir , kim də istəyir böyük futbolda kariyerasını qurur. Yəni, inkişaf bu kimi müxtəlifliklərə gətirib çıxarır”.

 

Şərhçi düşünür ki, millimizi daha da çətin matçlar gözləyir.

 

"Düşünürəm ki, bundan sonra millimizi daha çətin matçlar gözləyir çünki bu dünya çempionatıdır. Dünyanın müxtəlif qitələrindən-afrikadan , asiyadan və amerikadan komandaların mübarizə aparması millimizin işini bir qədər çətinləşdirib. Heyyət dəyişib,bu da yeni futbolcuların özlərini göstərməsi baxımından, özlərini sübut baxımından çox yaxşı bir meydandır, arealdır”.

 

Şərhçi Minifutbol millimizin yaxşı nəticə qazanacağına inandığını da qeyd edib.

 

“Mən inanıram ki, Minifutbol millimiz yaxşı nəticə qazanacaq ,ən azından qrup mərhələsini adlayacağına ümidim böyükdür. Amma dünya çempionatında hansı yer tutması və ya medalçılar sıralamasına düşməsi məsələsi ilə bağlı konkret fikir söyləyə bilmərəm çünki ciddi rəqiblər var. Millimizin futbolçularına inanırıq, onların nəticələrinə güvənirik. Ümid edirəm ki,onların çıxışı hər birimizin ürəyincə olacaq”.

 

Ramiz Mirzəzadə sonda deyib ki;

 

“Nəticədən asılı olmayaraq ilk dünya çempionatında mini futbolçularımızın çıxışı bizi məmnun etməlidir deyərək fikirlərini yekunlaşdırıb”.

 

Aydan İsayeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər