00:00:00
Yazar
Admin User
07.07.2025 13:26 188 1 dəq oxuma
Hadisə

Buzovna çimərliyində tikinti işləri aparan şəxs inzibati məsuliyyətə cəlb edilib

Buzovna çimərliyində tikinti işləri aparan şəxs inzibati məsuliyyətə cəlb edilib

Polis əməkdaşları tərəfindən digər dövlət qurumları ilə birgə Xəzər dənizinin sahilboyu ərazilərində ekoloji cinayətlərin və inzibati xətaların qarşısının alınması məqsədilə tədbirlər keçirilir.


"İnformator.az" "Teleqraf"a istinadən xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib.

 

Paytaxtın Xəzər rayonunda keçirilən növbəti tədbir zamanı Buzovna qəsəbəsində çimərlik ərazisində bir nəfər tərəfindən tikinti işləri aparılması aşkar olunub.

 

Özbaşına tikinti işləri apardığına görə həmin şəxs barəsində inzibati tədbir görülüb.

 

Bu istiqamətdə tədbirlər davam etdirilir.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər