Buzovnada iri ağac avtobusun üzərinə aşıb
Bakının Xəzər rayonunun Buzovna qəsəbəsində sərnişin avtobusunun üzərinə ağac aşıb.
"İnformator.az" xəbər verir ki, hadisə ilə bağlı videogörüntülər sosial şəbəkədə paylaşılıb.
Bildirilib ki, hadisə Cümə məscidinin qarşısında baş verib. Güclü yağış nəticəsində iri ağac kökündən çıxaraq hərəkətdə olan sərnişin avtobusunun üzərinə düşüb.
Xəsarət alan olmayıb.