Cəlilabad sakinini elektrik cərəyanı vuraraq öldürüb
Cəlilabad rayon sakinini elektrik cərəyanı vuraraq öldürüb.
"İnformator.az" xəbər verir ki, hadisə rayonun Mirzəli kəndi ərazisində qeydə alınıb.
İlkin məlumata görə, Cəlilabad rayonu Qarakazımlı kənd sakini Fariz Məmmədovu elektrik dirəyində təmir-bərpa işləri apararkən elektrik cərəyanı vurub.
Nəticədə ağır xəsarətlər alan F.Məmmədov hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.