00:00:00
Yazar
Admin User
20.05.2015 06:31 556 1 dəq oxuma
Sosial

Çexiya Respublikasının Xarici İşlər Nazirinin müavini Petr Drulakın başçılıq etdiyi nümayəndə heyəti BDU-da

Iştirakçılar BDU-da keçirilən bu görüşün əhəmiyyətindən söz açıb, Çexiya- Azərbaycan münasibətlərindən məmnunluğunu ifadə edib
Çexiya Respublikasının Xarici İşlər Nazirinin müavini Petr Drulakın başçılıq etdiyi nümayəndə heyəti BDU-da

Çexiya Respublikasının Xarici İşlər Nazirinin müavini Petr Drulakın başçılıq etdiyi nümayəndə heyəti Bakı Dövlət Universitetində olub.

Tələbə-müəllim heyəti ilə keçirilən görüşdə rektor, akademik Abel Məhərrəmov qonaqları salamlayıb, ölkələrarası münasibətlərdən, elm və təhsil sahəsində görülən işlərdən, Azərbaycan və Çexiya universitetləri arasındakı əməkdaşlıqdan, tələbə - müəllim mübadiləsi, birgə layihələr üzərində həyata keçirilən işlərdən bəhs edib. Sonra cənab Petr Drulak  çıxış edərək iştirakçıları salamlayıb, Bakı Dövlət Universitetində keçirilən bu görüşün əhəmiyyətindən söz açıb, Çexiya- Azərbaycan münasibətlərindən məmnunluğunu ifadə edib.

Qonaqlar universitetin Tədris elektron mərkəzi ilə tanış olduqdan sonra görüş Çexiya Respublikasının Xarici İşlər Nazirinin müavini Petr Drulakın universitet tələbələri üçün mühazirəsi ilə başa çatıb.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər