00:00:00
Yazar
Admin User
02.03.2016 07:50 555 1 dəq oxuma
Dünya

Çin 2016-cı il hərbi büdcəsini kəskin artıracaq

Bu 2007-ci ildən sonrakı ən yüksək rəqəm olacaq.
Çin 2016-cı il hərbi büdcəsini kəskin artıracaq

Çinin ənənəvi hərbi büdcəsinin martın beşində Pekində keçiriləcək Milli Xalq konqresində açıqlanması nəzərdə tutulub.

İnterAz xəbər verir ki, gündəlik “Global Times” nəşrinin məlumatına görə, müdafiə xərclərinin kəskin artırılması nəzərdə tutulub. Büdcənin artırılması millətin döyüş qabiliyyətini artırmaq üçün struktur islahatların aparılması və getdikcə yüksələn güc kimi mürəkkəb hərbi vəziyyətin yaranması ilə izah edilir.

Honq-Konqda yerləşən Cənubi Çin Morning Post nəşri adının açıqlanmasını istəməyən Xalq Azadlıq Ordusundakı mənbə bildirib ki, büdcənin 20% artımı nəzərdə tutulub. Bu 2007-ci ildən sonrakı ən yüksək rəqəm olacaq.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər