Çin Tayvana silah satışına görə ABŞ şirkətlərinə sanksiya tətbiq edib
Çin ABŞ-nin Tayvana irihəcmli silah satışına cavab olaraq bir sıra Amerika hərbi-sənaye şirkətləri və onların rəhbərlərinə qarşı sanksiyalar tətbiq edib.
Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında siyasi şərhçi Araz Xan bildirib ki, Tramp administrasiyası bu günlərdə Tayvana ən böyük silah satış paketlərindən birini açıqlayıb:
"11 milyard dollar dəyərində olan müqaviləni Çin hökuməti “qırmızı xətlərin” keçilməsi kimi qiymətləndirib. Çünki Pekin Tayvanı öz ərazisinin bir hissəsi hesab edir və 23 milyon əhalisi olan adanı özünə birləşdirməyi hədəfləyir. ABŞ isə Çinin bu niyyətinin reallaşmasının qarşısındakı əsas maneədir. Vaşinqton davamlı olaraq Tayvana siyasi və hərbi dəstək verir. Tayvan isə birləşən ştatlardan aldığı silahlar vasitəsilə öz müdafiə imkanlarını artırır. Görünür Çin artıq ABŞ-nin addımlarına səssiz qalmaq niyyətinə deyil. Çünki Pekində Vaşinqtonun həsas hədəfinin Çin olduğunu anlayırlar. Tramp Çinin müttəfiqlərini zərərsizləşdirib siyasi səhnədə tək qoymaq sonra isə onu məğlub etmək istəyir. Buna görə də Pekin indi əks addımlar atmağa başlayıb".
Aişə Mustafayeva
