Çin Venesuelaya 17 milyon dollar ayırıb
Çin zəlzələdən sonra bərpa işlərinə dəstək məqsədilə Venesuelaya 17 milyon dollar ayırıb.
"İnformator.az" xəbər verir ki, bu barədə ölkənin səlahiyyətli Prezidenti Delsi Rodriges bildirib.
O, Çin Sədri Si Cinpinə təşəkkür edərək qeyd edib ki, bu maliyyə və maddi dəstək əsas xidmətlərin bərpasını və Mənzil Tikintisi Planı çərçivəsində yeni evlərin inşasını sürətləndirəcək.
Onun sözlərinə görə, bu məbləğin 15 milyon dolları zəruri malların, avadanlıq və materialların alınmasına, 2 milyon dolları isə mənzil tikintisi planına yönəldiləcək.
Rodriges həmçinin qeyd edib ki, axtarış-xilasetmə işlərində 30 ölkə, 3 681 xilasedici, 1 086 ton yük, 27 nəqliyyat vasitəsi və 118 it iştirak edir.