Çinin əhalisinin sayı 2020-ci ildə 1,4 milyardı ötəcək
2015-ci ildə Çinin əhalisinin sayı 1,37 milyarda çatıb.
İnformator.az “Ria Novosti”yə istinadən xəbər verir ki, bu barədə Dövlət Statistika komitəsi məlumat verib.
“Ölkə əhalisi 2020-ci ilin sonunda təxminən 1,42 milyard nəfər olacaq”,- məlumatda bildirilib. Eyni zamanda qeyd edilib ki, hökumət iki uşaq siyasətini davam etdirəcək.
Son 5 ildə Çinin əhalisi 33 milyon nəfər artıb. Çin hökuməti 1970-ci ildə hər ailə üçün bir uşağın olması təşəbbüsünü irəli sürdü və bunu 1980-ci ildə qəbul etdi. İki və daha çox uşağı olan ailələr üçün isə ağır cərimələr tətbiq edilir.
Pekin 2013-cü ildə doğum qaydalarını asanlaşdırdı. Bəzi bölgələrdə valideynlər ailənin yeganə övladıdırsa onlara cərimə ödəmədən ikinci uşağa sahib olmaq icazəsi verilib.
2015-ci ilin sonunda isə bütün ailələrə ikinci uşağa sahib olmaq icazəsi verildi.
