Civə nazirlik əməkdaşlarını hərəkətə keçirdi
Nizami rayonunda mənzildə termometr sınmış, nəticədə daxilindəki civə ətrafa dağılıb.
Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nizami rayonunda, mənzildə termometr sınmış, nəticədə daxilindəki civə ətrafa dağılıb.
FHN-nin rəsmi saytında verilən məlumata görə, maye halında olan kimyəvi element nazirliyin Mülki-Müdafiə Qoşunlarının mütəxəssisləri tərəfindən müvafiq qaydada yığılıb və çirklənmiş ərazi demerkurizasiya edilib.
Əməliyyat saat 10:30-da başa çatıb.
