00:00:00
Yazar
Admin User
21.08.2025 16:40 132 1 dəq oxuma
Hadisə

Cəlilabadda yanğın törədən şəxs məsuliyyətə cəlb edilib

Cəlilabadda yanğın törədən şəxs məsuliyyətə cəlb edilib

Cəlilabadda yanğın törədən şəxs məsuliyyətə cəlb edilib.

"İnformator.az" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən (DİN) "Axar.az"a məlumat verilib.

Avqustun 21-də Cəlilabad rayonu Söyüdlü kəndinin ərazisindəki əkin sahəsində yanğın törədən şəxs polis əməkdaşları tərəfindən müəyyən olunub.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, araşdırmalarla yanğının 1980-ci il təvəllüdlü Oqtay Abbasov tərəfindən törədildiyi məlum olub.

Hadisə nəticəsində 2 hektar ərazidə quru ot və kol-kos yanıb.

Əməli törədən O.Abbasov barəsində məsuliyyət tədbiri görülüb.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər