00:00:00
Yazar
Admin User
24.03.2025 12:01 308 1 dəq oxuma
Hadisə

Cənubi Afrikada nümayiş təyyarəsi belə düşdü!

Cənubi Afrikada nümayiş təyyarəsi belə düşdü!

Cənubi Afrikada nümayiş etdirilən təyyarə böyük bir partlayışla yerə çırpıldı. Pilotun həyatını itirdiyi qəza, nümayişi izləyənlərə qorxulu anlar yaşatdı.

 

Cənubi Afrikanın paytaxtı Keyptaunda "Väst Coast Airshow" adlı nümayiş keçirilirdi. Heyecanlı kütlə nümayişi izləmək üçün sahədə toplandı. Lakin izlədikləri, təyyarənin düşməyi oldu.

 

Cənubi Afrikanın ən bacarıqlı pilotlarından James O'Connell, Mark 1 adlı təyyarə ilə nümayiş uçuşu edirdi. Lakin təyyarə əvvəlcə izləyicilərin üzərinə uçdu, sonra isə yerə çırpıldı.

 

Təyyarə yerə düşər-düşməz böyük bir partlayış baş verdi, göy üzü qara tüstü ilə doldu. Qəzada təcrübəli pilot O'Connell həyatını itirdi, lakin izləyicilərdən itki yaşanmadı. Səlahiyyətlilər təyyarənin son manevrində yüksəkliyi itirdiyini və sonra yerə çırpıldığını açıqladılar.

 

Yüzlərlə şəxsin şahidi olduğu və qorxulu anlar yaşadığı qəza ilə bağlı istintaq başladıldı.

 

Mənbə :CNN News Türkçe 

Nigar Həsənzadə 

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər