00:00:00
Yazar
Admin User
06.02.2015 08:09 288 1 dəq oxuma
Sosial

Dövlət Əmək Müfəttişliyi “Təhlükəsiz iş ongünlüyü”

Tədbirlər Planı üzrə respublikanın bütün bölgələrində işəgötürənlər üçün “Açıq qapı” günləri keçirilib
Dövlət Əmək Müfəttişliyi “Təhlükəsiz iş ongünlüyü”

Dövlət Əmək Müfəttişliyi “Təhlükəsiz iş ongünlüyü” çərçivəsində 21 müəssisədə yoxlama aparıb. Əməyin mühafizəsi sahəsində yol verdikləri hüquq pozuntularına görə, ümumilikdə 39800 manat məbləğində cərimələr tətbiq olunub. Dövlət Əmək Müfəttişliyi Bakı, Sumqayıt və Gəncə şəhərlərindəki 3 müəssisənin fəaliyyətinə xitam verib. Səbəb işçilərin həyat və sağlamlığı üçün ciddi təhlükənin aşkarlanmasıdır. Bununla bağlı onların rəhbər şəxslərinə icrası məcburi olan göstərişlər verilib, müvafiq protokollar tərtib olunub. Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Fuad Əlizadə ongünlüyün yekunlarını açıqlayıb. Nəsimi, Səbail, Yasamal, Binəqədi, Qaradağ və Abşeron rayonunun işəgötürənləri üçün keçirilən “Açıq qapı” günündə qanunvericilikdən irəli gələn norma və standartlar bir daha onların nəzərinə çatdırılıb. Son on gün ərzində konkret Tədbirlər Planı üzrə respublikanın bütün bölgələrində işəgötürənlər üçün “Açıq qapı” günləri keçirilib. Bu tədbirlər, eləcə də digər formalarda aparılan maarifləndirmə işləri vasitəsilə işəgötürənlər əməyin mühafizəsi sahəsində qanunvericilik, norma və standartlar haqqında geniş məlumatlandırılıblar. Əməyin mühafizəsi üzrə mütəxəssislərin peşəkarlığının artırılması sahəsində işlər intensivləşdirilib. Təlimi uğurla başa vuran 140 nəfərə sertifikat verilib.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər