Dövlət Sərhəd Xidməti yanvar ayında görülən işləri açıqlayıb
Ötən ay Azərbaycanın dövlət sərhədini pozduğuna görə 25 nəfər saxlanılıb
Dövlət Sərhəd Xidməti yanvar ayında görülən işləri açıqlayıb. Ötən ay Azərbaycanın dövlət sərhədini pozduğuna görə 25 nəfər saxlanılıb. Saxlanılanların 12-si Azərbaycan, 5-i Özbəkistan, 2-si İran, 2-si Türkiyə, 2-si Tacikistan, 2-si isə Şri-Lanka vətəndaşıdır. Axtarışda olan 222 nəfər aşkarlanaraq aidiyyəti orqanlara təhvil verilib. Ay ərzində 734 min manat dəyərində qaçaqmal tutulub, 15 kq-dan çox narkotik maddə məhv edilib.
