00:00:00
Yazar
Admin User
11.03.2015 06:48 578 2 dəq oxuma
Hadisə

Dövlət sərhədini pozan 30 nəfər saxlanılıb

Sərhəd rejim qaydalarını pozarkən yaşıl sərhəddə 7 halda 11 nəfər, Xəzər dənizində 7 halda 10 nəfər saxlanılaraq barələrində müvafiq tədbir görülüb.
Dövlət sərhədini pozan 30 nəfər saxlanılıb

Ay ərzində dövlət sərhədini pozduqları üçün 25 halda 30 nəfər saxla­nılıb. Onların 15 nəfəri Azərbaycan Respublikası, 5 nəfəri Gürcüstan, 4 nəfəri Özbəkistan, 2 nəfəri Türkiyə,  hər ölkədən bir nəfər olmaqla İran İslam Respublikası, Rusiya Federasiyası, Qırğızıstan və Moldova  vətəndaşları olub.

Sərhəd rejim qaydalarını pozarkən yaşıl sərhəddə 7 halda 11 nəfər, Xəzər dənizində 7  halda 10 nəfər saxlanılaraq barələrində müvafiq tədbir görülüb.

Cinayətkarlığa qarşı mübarizə tədbirləri nəticəsində Azərbaycan Respubli­ka­sı­nın hüquq-mühafizə orqanları tərəfindən axtarışda olan 218 nəfər aşkarlanaraq aidiy­yəti orqanlara təhvil verilib.

Narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəti­cə­sində 16 halda 12 kiloqram 648,3 qram narkotik maddənin dövlət sərhədindən keçi­ril­məsinin qarşısı alınıb.

Ay ərzində qaçaqmalçılıq fəaliyyətilə məşğul olan bir cinayətkar dəstə zərərsizləşdirilib, dəstə üzvlərindən iki nəfəri cinayət məsuliyyətinə cəlb olunaraq barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, bir nəfər şəxs barəsində isə axtarış elan olunub. Başlanmış cinayət işi üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Qaçaqmalçılıq fəaliyyətinə qarşı mübarizə çərçivəsində həyata keçirilmiş tədbirlər nəticəsində 57 halda ümumi dəyəri təqribən 334 min manat olan qaçaq­ma­lın, o cümlədən 2 ədəd tüfəng, 130 ədəd patron, 1 ədəd pnevmatik avtomat, 1 ədəd pnevmatik tapança,  4 ədəd daraq, 2 ədəd tank əleyhinə mina, 1 ədəd beşbarmaq-bıçaq, 1 ədəd bıçaq, 1810 ədəd pirotexniki vasitə, 780 qram qızıl zinət əşyaları, 8926 qutu siqaret, 288 ədəd mobil telefon, 700000 rial İran İslam Respublikasının valyutası, 25 baş xırda buynuzlu heyvan, 1 baş at, 55 ədəd müxtəlif ölçülü və markalı spirtli içkilər, 3100 metr tor, 2930 ədəd müxtəlif dərman preparatları, 423 ədəd kosmetik vasitələr və digər istehlak malları saxlanılıb.

Dövlət sərhədlərimizin etibarlı mühafizəsinin təşkili istiqamətində tədbirlər davam etdirilir.




#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər