Dağıntılar altından 14 fələstinlinin cəsədi çıxarılıb
Qəzzanın mərkəzində yerləşən Məğazi Qaçqınlar Düşərgəsində İsrail hücumları nəticəsində dağıdılmış iki evdə aparılan axtarış-xilasetmə işləri başa çatıb. Mülki müdafiə qrupları saatlarla davam edən əməliyyat zamanı “Əbu Həmdə” ailəsindən 8, “əl-Həcc Yusuf” ailəsindən 6 nəfər olmaqla ümumilikdə 14 fələstinlinin cəsədini dağıntılar altından çıxarıb.
Qəzzada ağır texnikanın girişinə icazə verilmədiyi üçün minlərlə insanın dağıntılar altında qaldığı bildirilir. Hökumət Media Ofisinin məlumatına görə, iki illik hücum nəticəsində bölgədə mülki infrastrukturun 90 faizi məhv olub və təxminən 70 milyon ton dağıntı qalmaqdadır.
Mülki Müdafiə İdarəsi tez-tez beynəlxalq yardım çağırışları edərək xilasetmə işləri üçün zəruri texnikanın Qəzzaya gətirilməsini tələb edir.
TRT Haber
Aişə Mustafayeva
