00:00:00
Yazar
Admin User
11.06.2018 11:28 1032 2 dəq oxuma
Siyasət

Dağlıq Qarabağın danışıqlar masasına qaytarılması cəhdi

Paşinyanın status – kvonu dəyişməz saxlamaq istiqamətində manevri?
Dağlıq Qarabağın danışıqlar masasına qaytarılması cəhdi

Əlimusa İbrahimov
Politoloq

Nikol Paşinyanın Ermənistanda Baş Nazir vəzifəsinə gətirilməsindən sonra- fikrimcə Ermənistandakı son hadisələri məhz belə qiymətləndirmək lazımdır, Paşinyan Baş nazir vəzifəsinə gətirildi, nəinki seçildi- ən çox müzakirə olunan məsələlərdən biri Ermənistan-Azərbaycan münaqişəsində bu ali təhsilsiz Baş Nazirin tutduğu mövqedir. Paşinyanın Dağlıq Qarabağın müzakirələrdə tərəf statusu verilməsi istiqamətində bəyanatlar verməsi bu münaqişə ilə məşğul olan tərəflər arasında ciddi müzakirə olunmaqdadır. Paşinyan bununla nəyə nail olmaq istəyir? Dağlıq Qarabağ müzakirələrdə iştirak etmirmi? Yaxud Dağlıq Qarabağ əhalisinin hüquqları müzakirə aparan ölkələr tərəfindən yetərincə təmsil olunmurmu? Paşinyan bu məsləni ortalığa atmaqla hansı məqsədləri güdür?
Təbii ki, suallar yetərincədir və bu suallara birmənalı cavab vermək olduqca çətindir.
Dağlıq Qarabağın müzakirə masasında oturlmasını təkidlə tələb etməsi ilə Paşinyan özündən əvvəlki prezidentlərin Ter-PetrosyanŞ Koçaryan və sarkisyanın bu sahədə əldə etdikləri nailiyyətlərin üsründən xətt çəkmək məqsədi güdür. Deməli onun fikrincə Dağlıq Qarabağ danışıqlarda iştirak etsəydi bu gün Ermənistanın düşdüyü pat vəziyyəti ilə üz-üzə qalmazdı. Paşinyan bu missiya üzərində dayanmaqla özünün sələflərindən üstün olmasını qabartmağa çalışır. Baxmayaraq ki, Ter-Petrosyan, Koçaryan və Sarkisyan Dağlıq Qarabağın müzakirələrdə yetərincə təmsil olunduğunu vurğulamışlar. Deməli bu bəyanatlarla onun əsil məqsədi heç də Ermənistan-Azərbaycan arasında olan münaqişəni həll etmək deyil. Koçaryanın vurğuladığı kimi Paşinyan bununla danışıqlar prosesini dayandırmağa cəhd edir. İlk baxışdan paradoksal görünsə də bu həqiqətən belədir.
Paşinyan danışıqlarda ortalığa qoya biləcəyi konstruktiv mövqeyə malik deyil. Əliboş Azərbaycan qarşısına çıxmaq onun siyasi karyerasını başlamamış bitirə bilər. Belə olan halda qeyri-adekvat formullar irəli sürməkdən başqa bir çıxış yolu qalmır. Deməli Paşinyan özündən əvvəlki prezidentlərdən də irəli gedərək danışıqlardan və beləliklə məsələnin həllindən çəkinir. Paşinyan da gözəl başa dü3şür ki. danışıqlarda və Dağlıq Qarabağ ətrafında gedən proseslərdə üstünlük Azərbaycanın əlindədir.
Paçinyanın hakimiyyəti ələkeçirməsindən sonra Rusiyaya bağlanan ümidlər də yavaş-yavaş puça çıxmaqdadır. Baxmayaraq ki, Avropa və Amerika meylli kimi hakimiyyətə çatan Paşinyan sonrakı davranışında korrektələr etdi, Rusiya meylli bəyanatlar səsləndirdi- onu artıq Rusiyanın dostu hesab etmirlər. Paşinyan Qarabağ ətrafında danışıqların əvvəlki tempini saxlamaq üçün sələflərindən qat-qat artıq əziyyət çəkməlidir. Buna onun siyasi dözümü çatacaqmı?

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər